Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul etməməsindən narazı qalıb.
Sherg.az xəbər verir ki, bu barədə kiprli jurnalist Aleks Xristoforu bildirib.
“Zelenski Trampın ona xəyanət etməsindən narazıdır. ABŞ-ın qərarını eşidəndə onun necə qəzəbləndiyini təsəvvür etmək belə çətindir. Yəqin ki, hətta Lindsi Qremdən kömək istəyib”, – deyə jurnalist “YouTube” kanalında bildirib.
Xristoforunun sözlərinə görə, Kiyevdəki rejimin rəhbərinin Trampın qərarından narazılığı onun sosial şəbəkələrdəki emosional reaksiyalarında da özünü göstərib.
Bundan əvvəl Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev “cəhənnəm sanksiyaları” haqqında qanunun dayandırılmasını tarixi hadisə adlandırıb. Onun sözlərinə görə, bu qərar Moskva ilə Vaşinqtona iqtisadi sahədə əməkdaşlıq qurmaq imkanı yarada bilər.