
Qəzza danışıqları Tel-Əviv və Vaşinqtonun maraqlarına xidmət edir -Analitik
09:32 08.10.2025
Dünya
418
Əvvəlki razılaşmaların pozulması, Tel-Əvivin hazırkı danışıqlara ciddi yanaşmadığını göstərir
Qəzzada silahsızlaşdırma məsələsi isə HƏMAS-ın mövqeyinə uyğun deyil
Fələstinin HƏMAS hərəkatı ABŞ Prezidenti Donald Trampın planı əsasında Qəzza sektorunda vəziyyətin nizamlanmasına dair bərpaolunan məsləhətləşmələr zamanı İsrailin atəşkəsə razılaşmasına əməl etməsini və qoşunlarını yaşayış məntəqələrindən çıxarmasını tələb edib.
“Sky News Arabia” telekanalının məlumatına görə, dolayı danışıqların ilk raundunda HƏMAS bu şərtlər yerinə yetirildikdən sonra girovların dəyişdirilməsi prosesinə başlamağa hazır olduğunu bəyan edib. Həmçinin hərəkat girovların dəyişdirilməsi müqabilində azad olunacaq fələstinlilərin siyahısına İsrail həbsxanalarında uzunmüddətli və ya ömürlük cəza çəkən altı yüksəkrütbəli tərəfdarının da daxil edilməsində israrlıdır. Ekspertlərin fikrincə, bu tələb razılaşmanın əldə olunmasına ciddi əngəl yarada bilər.
Qeyd edək ki, bir müddət öncə Misirin Şarm-əş-Şeyx şəhərində atəşkəsə dair yeni danışıqlar raundunun ilk günü başa çatıb. “Əl-Qahira əl-İxbariyyə” telekanalının məlumatına görə, məsləhətləşmələr “müsbət atmosferdə” keçib və danışıqların oktyabrın 8-də davam etdirilməsi gözlənilir.
Xatırladaq ki, sentyabrın 29-da Ağ Ev Donald Trampın Qəzzada sülh üzrə “əhatəli plan”ını təqdim edib.
Siyasi şərhçi Elmir Səftərov Sherg.az-a deyib ki, Qəzzadakı hadisələrin ikinci ildönümü ərəfəsində aparılan HƏMAS-İsrail danışıqları blokadadakı qəzzalıların ağır vəziyyəti fonunda, əsasən Tel-Əviv və Vaşinqtonun maraqlarına xidmət edir:

"İsrailin iki illik müharibəsi nəticəsində təxminən 65 mindən çox insan həyatını itirib, infrastrukturun böyük hissəsi isə yararsız hala düşüb. Bu vəziyyət İsrailə öz maraqlarını həyata keçirmək üçün əlverişli imkanlar yaradıb. Əvvəlki normallaşma müzakirələrində əldə olunan razılaşmaların İsrail tərəfindən kobud şəkildə pozulması, Tel-Əvivin hazırkı danışıqlara ciddi yanaşmadığını göstərir. Bu baxımdan İsrailin əsas prioriteti HƏMAS-dakı girovların azad edilməsidir. Əgər bu məqsəd reallaşmasa, sülhün əldə olunması və qoşunların çıxarılması belə, İsrail maraqlarına xidmət etmiş sayılmayacaq. İsrail girovları və ölən vətəndaşların cəsədlərini əldə etdikdən sonra, öz maraqlarına uyğun siyasəti ilə hədəflərinə çatmağa çalışacaq. HƏMAS isə böyük itkilərə rəğmən, iki il ərzində müqavimət göstərərək mübarizəsini davam etdirir. Təşkilat üçün artıq itirəcək çox şey qalmayıb. Lakin verilən vədlər və atəşkəs çağırışları HƏMAS-ı danışıqlara qatılmağa sövq edir. Buna baxmayaraq, təşkilat İsrailə güvənməyin mümkün olmadığını yaxşı anlayır. Bu gün də İsrail-ABŞ tandeminin ikidövlətli həll yoluna qarşı çıxması uzunmüddətli sabitliyin yaranmasına ciddi əngəl yaradır".
Analitikin sözlərinə görə, aşkar olmayan məsələlərdən biri də İsrail qoşunlarının müəyyən edilmiş sərhədlərə çəkilməsidir:
"Bu sərhədlərin hansı ərazini əhatə etdiyi və hərbi əməliyyatların dəqiq bitmə vaxtı hələ açıqlanmayıb. Bundan əlavə, Trampın 20 maddəlik sülh planında nəzərdə tutulan müvəqqəti idarəetmə forması da birbaşa İsrailin maraqlarına xidmət edir. Qəzzada silahsızlaşdırma məsələsi isə HƏMAS-ın mövqeyinə uyğun deyil. Çünki bu, vahid özünümüdafiə dəstələrinin olmaması deməkdir. Belə fikir ayrılıqları və İsrailin beynəlxalq yardımların çatdırılmasına mane olması, Qəzzadakı humanitar böhranı daha da dərinləşdirir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya