BMT maddi çöküş riski ilə üz-üzədir.
APA “Reuters“ə istinadən xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş deyib.
O, buna səbəb kimi ödənilməmiş xərclər və büdcə qanununu göstərib.
Baş katib bildirib ki, büdcə qanunu BMT-ni xərclərdən artıq qalan vəsaiti geri qaytarmağa məcbur edir.
Quterreş səfirlərə ünvanladığı məktubda vurğulayıb ki, böhran dərinləşir və maliyyə cəhətindən çöküş riski yaradır.
“Yaxın gələcəkdə vəziyyət daha da pisləşəcək. Ya bütün üzv ölkələr öz öhdəliklərini yeri yetirərək ödənişləri tam və vaxtında həyata keçirməlidir, ya da maliyyə çöküşünün qarşısını almaq üçün büdcə qaydalarına dəyişiklik edilməlidir”, - Quterreş xəbərdarlıq edib.
Baş katib əlavə edib ki, BMT-nin maliyyə resursları iyul ayına qədər tükənə bilər.
Qeyd edək ki, ABŞ BMT-yə bağlı qurumlara könüllü maliyyə dəstəyini azaldıb və sülhməramlı missiyalar üçün ödənilən məcburi vəsaiti ödəməkdən imtina edib.