Regionda yeni bir müharibə başlaya bilər
01:05 13.04.2021
Dünya
651
ABŞ administrasiyası Nətənz şəhərindəki nüvə stansiyasında partlayışdan sonra İsraillə hesablaşmalı olacaq
Xəbər verildiyi kimi, aprel ayının 11-də İranın Nətənz Atom Elektrik Stansiyasında (AES) qəza baş verib. Qəza nəticəsində insan tələfatı və çirklənmə baş verməsə də stansiyaya ciddi ziyan dəyib. Aparılan son araşdırmalardan sonra İran Atom Enerjisi Təşkilatının rəhbəri bildirdi ki, hadisəyə İsrail terrorçuluğu səbəb olub: "İranın Nətənz Nüvə Mərkəzində qəza hücum və “nüvə terrorizmi”nin nəticəsidir. İran Beynəlxalq Atom Enerjisi Təşkilatını bu nüvə terrorizminə qarşı çıxmağa çağırır, eyni zamanda müvafiq addımlar atmaq hüququnu özündə saxlayır".
Bildirilib ki, Natanzdakı İranın nüvə təsisindəki qəza İsrailin təşkil etdiyi bir partlayışdan qaynaqlanıb. Partlayış "İranın uran zənginləşdirmə qabiliyyətinə ciddi zərbə" vurub və müəssisənin normal istismarı 9 aydan tez olmayaraq bərpa edilə bilər.
Mövzunu "Şərq"ə şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, bu, sıradan bir texniki qəza deyil:
"Bu, regionda yeni bir müharibənin başlanmasına gətirib çıxara biləcək planlı şəkildə həyata keçirilmiş hücumdur. ABŞ-ın təlimatı ilə Vyanada İranla başladılan nüvə danışıqlarının ilk mərhələsi fonunda nüvə obyektində partlayışın baş verməsi bu sazişə qarşı çıxan İsrailin "əl işidir".
İranla Altılıq ölkələri arasında 2015-ci ildə əldə olunmuş və 2018-c ildə Tramp tərəfindən tərk edilən "Hərtərəfli Fəaliyyət Planına" ABŞ-ın növbəti dəfə qayıtması Tehranın güclənəcəyinə işarədir. İsrailin Baş naziri Benyamin Netanyahu isə belə bir sazişi qəbul etməyəcəklərini elan edir. Tehran rəsmiləri baş verən partlayışın "Mossad" tərəfindən törədildiyini elan edib".
Politoloq hazırkı hadisənin ötən il İranda nüvə aliminin öldürülməsinin davamı olduğunu da qeyd etdi:
"Ötən il İranın nüvə alimi sui-qəsd nəticəsində öldürülmüşdü və hazırda nüvə stansiyasında bu partlayışın baş verməsi eyni senari ilə davam edir. Göründüyü kimi, İsrail İranın nüvə stansiyaları tikməsinin əleyhinədir və bunu potensial olaraq İsrailin təhlükəsizliyinə təhdid kimi qəbul edir. Həmçinin, Tehranın nüvə silahı əldə etdikdən sonra regionda İsrailin tamamilə küncə sıxışdıralacağından narahatdır.
Demək olar ki, İranın nüvə alimlərini aradan götürən və nüvə stansiyalarına qarşı kiber hücumları həyata keçirən İsraildir. Bu gün İranın yaxın Şərqdə həyata keçirdiyi siyasi-hərbi hərəkətliliyinə nəzər salsaq, İsrailin narahatlıqları başadüşüləndir. Bundan əlavə, rəsmi Tehranın nüvə silahı əldə etməsi Türkiyə ilə Azərbaycanın da təhlükəsizlik maraqlarına ziddir. Ümumiyyətlə, dünayda qaz ehtiyatına görə birinci yerdə olan İranın nüvə enerjisi əldə etməsi nəyinə lazımdır? Təbii ki, İranın əlində olan nüvə başlığı daşıya bilən ballistik raketlərini nüvə başlığı ilə təmin etməkdir. Nüvə silahı əldə etdikdən sonra, İran yaxın Şərqdə və regionda öz ekspansiyon siyasətinə üstünlük verəcək.
ABŞ prezidenti isə İsrailin bu narahatlıqlarını görməzdən gələrək nüvə sazişinə qayıtmağı, İranı Rusiya və Çindən ayıracağını planlayır".
M.Əsədullazadə onu da bildirib ki, sözügedən qarşıdurmalar regionda yeni bir müharibənin başlamasına səbəb ola bilər: "ABŞ administrasiyası üçün beynəlxalq münasibətlər sistemində öz mövqeyini daha da gücləndirmək üçün İranla əldə olunacaq yeni sazişi İsrailin İranın nüvə obyektlərinə zərbələri ilə müşayiət oluna bilər. Bu, regionda yeni bir müharibənin başlanmasına gətirə bilər. Ona görə də ABŞ administrasiyası Nətənz şəhərindəki nüvə stansiyasında partlayışdan sonra İsraillə hesablaşmalı olacaq.
Məhz bu hücumu ABŞ və Altılıq ölkələrinə İsrailin mesajı kimi qiymətləndirmək olar. İsrail bununla demək istəyir ki, mənim təhlükəsizliyim və maraqlarımı nəzərə almasanız, İranın nüvə obyektləri hədəfimdə olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol