ABŞ Dövlət katibi Marko Rubio Vatikanda Roma Papası XIV Leo ilə görüşüb.
APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Görüşdə ABŞ ilə Vatikan arasındakı güclü münasibətlər, sülhün və insan ləyaqətinin təşviqinə ortaq öhdəliklər vurğulanıb.
Vatikanın açıqlamasında isə danışıqlar zamanı regional və beynəlxalq vəziyyətlə bağlı fikir mübadiləsinin aparıldığı bildirilib.
Qeyd edək ki, İranın ABŞ və İsraillə müharibəsi zamanı Roma Papası XIV Leo münaqişəyə son qoyulmasını tələb edib. O, ABŞ Prezidenti Donald Trampın İranda sivilizasiyanın məhv ediləcəyi ilə bağlı təhdidini qəbuledilməz adlandırıb.
Tramp isə Roma Papasının xarici siyasətdə zəif olduğunu bildirib.
ABŞ Dövlət katibi
Marko Rubio
Vatikan