Rumıniyada partlayışa Ukrayna dronları səbəb olub - Prezident

Konstansa limanına daxil olan dörd dəniz PUA-sı Ukraynaya məxsus olub. Dronlar üzərində nəzarət itirilmişdi.

Axar.az xəbər verir ki, bunu Rumıniya Prezidenti Nikuşor Dan jurnalistlərə deyib.

Məlumata görə, ölkə lideri dəniz PUA-sının limana necə daxil olmasına dair verilən suallara cavab verə bilməyib.

Qeyd edək ki, dünən Rumıniyanın Konstansa limanında partlayış baş verib. Hadisə zamanı xəsarət alan olmayıb.