Rus ordusu Xarkov-Sum yoluna hücuma başlayıb

Rusiya ordusu Ukraynanın logistika hücum taktikasını təqlid etməyə çalışır və Xarkov-Sum magistral yolunda nəqliyyat vasitələrinə hücum etməyə başlayıb.

Axar.az xəbər verir ki, bunu Ukraynanın müdafiə nazirinin müşaviri Sergey Beskrestnov Teleqram hesabında yazıb.

"Təəssüf ki, logistikaya hücumların vacibliyini anlayan tək biz deyilik. Ayın əvvəlindən düşmən Xarkov və Sum arasındakı nəqliyyat əlaqələrinə hücum etməyə başlayıb", - deyə o yazıb.

O qeyd edib ki, ruslar diqqətini Boqoduxov regional mərkəzinin yaxınlığındakı magistral yolun bir hissəsinə yönəldib və oradan Rusiya sərhədinə ən qısa məsafə təxminən 20 kilometrdir.