Rusiya İrana Yaxın Şərqdəki ABŞ-ın hərbi infrastrukturları barədə kəşfiyyat məlumatları ötürür.
Axar.az xəbər verir ki, bu sözləri Avropa Birliyinin xarici siyasət üzrə rəhbəri Kaya Kallas bildirib.
"Rusiyanın İrana amerikalılara hücum etmək və öldürmək üçün kəşfiyyat məlumatları ilə kömək etdiyini görürük. Rusiya həmçinin İrana qonşu ölkələrə və ABŞ hərbi bazalarına hücum edə bilməsi üçün dronlar da verir", - Kallas qeyd edib.