“Rusiya Ukrayna ilə danışıqlara və münaqişənin sülh yolu ilə həllinə razıdır”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Top tamamilə qərblu rəqiblərimizin, belə desək, ilk növbədə Kiyev rejiminin liderləri və onların avropalı sponsorlarının meydanındadır. Biz həm danışıqlar, həm də münaqişənin sülh yolu ilə həllinə hazırıq”, - o bildirib.
Vladimir Putin iddia edib ki, Rusiya həqiqətən də gələn il sülh və hərbi münaqişələrin olmamasını istəyir:
“Gələn il bütün münaqişələrdən azad, sülh şəraitində yaşamaq istərdik. Təkrar edirəm: bütün mübahisəli məsələlərin danışıqlar yolu ilə həll olunmasını çox istərdik və buna çalışırıq”.