Rusiya Xersonu PUA və artilleriya atəşinə tutdu

Rusiya ordusu ötən sutka ərzində Ukraynanın Xerson vilayətinin mərkəzi də daxil olmaqla, 37 yaşayış məntəqəsini PUA və artilleriyadan atəşə tutub.

Teleqraf xəbər verir ki, bu barədə Xerson Vilayət Hərbi Administrasiyasının rəisi Aleksandr Prokudin məlumat yayıb.

Vilayət rəhbərinin sözlərinə görə, rusiyalı hərbçilər əsasən kritik və sosial infrastrukturu, həmçinin yaşayış məhəllələrini hədəf alıblar. Hücumlar nəticəsində 8 çoxmərtəbəli bina, 15 fərdi ev, su və mobil rabitə qüllələri, eləcə də kənd təsərrüfatı texnikası zədələnib.

Rusiya ordusunun bu aqressiyası nəticəsində ümumilikdə 14 dinc sakin yaralanıb, 17 isə nəfər təxliyə edilib.