Rusiya Xarici İşlər Nazirliyi Fransanı Afrikada ukraynalıların terror fəaliyyətini maliyyələşdirməkdə ittiham edib.
Sherg.az xəbər verir ki, Rusiya XİN başçısının müavini Georgi Borisenkonun sözlərinə görə, Fransa Mali və bəzi digər Afrika ölkələrində fəaliyyət göstərən separatçı və silahlı qruplara, eləcə də həmin qruplarda iştirak edən ukraynalılara birbaşa, o cümlədən maliyyə dəstəyi verir.
Borisenko iddia edib ki, ukraynalılar Afrikada həm terror aktlarının icraçısı, həm də separatçı qüvvələrin təlimatçısı kimi istifadə olunur. Onun sözlərinə görə, məqsəd Mali və digər Afrika ölkələrinin qanuni hakimiyyətlərini zəiflətmək və həmin ölkələrdə Fransaya yaxın hökumətlərin formalaşdırılmasına nail olmaqdır.
Qeyd edək ki, bu iddialarla bağlı Fransa və Ukrayna tərəfinin mövqeyi açıqlanmayıb.