Rusiya XİN Moldovada dövlət çevrilişinin hazırlanması ilə bağlı ittihamlara cavab verdi
Yusif Nəzərli
09:30 14.02.2023
Dünya
527
“Moldova Prezidenti Maya Sandunun Rusiyanın Moldovada sabitliyi pozmaq planlarının mövcudluğu ilə bağlı bəyanatları reallığa uyğun gəlmir, tamamilə əsassızdır və sübutu yoxdur”.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Onun bəyanatı nazirliyin saytında dərc olunub.
Zaxarovanın sözlərinə görə, Kiyev bu məlumatı Kişinyovu Moskva ilə qarşıdurmaya çəkmək, həmçinin Moldova vətəndaşlarının diqqətini daxili problemlərdən yayındırmaq üçün verib.
“Rusiyanın Moldova Respublikasındakı vəziyyəti qarışdırmaq istəyi ilə bağlı iddiaları qətiyyətlə rədd edirik. Biz Moldovanın və dünyanın digər ölkələrinin daxili işlərinə qarışmırıq. Rusiya Moldova Respublikasının təhlükəsizliyinə təhdid yaratmır. Həmçinin qarşılıqlı faydalı və bərabərhüquqlu ikitərəfli əməkdaşlığın inkişafının tərəfdarıdır”, - deyə bəyanatda qeyd edilib.
Xatırladaq ki, Maya Sandu Kremlin Moldovada sabitliyin pozulması, hərbi əməliyyatlar və dövlət qurumlarına hücumla bağlı planları barədə məlumatlar əldə etdiyini bildirib.
Mənbə: News.ru
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol