Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

Rusiyada 2027-ci ildə yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər. Sherg.az xəbər verir ki, bu barədə Rusiya hökuməti yanında Maliyyə Universitetinin professoru Aleksandr Safonov TASS-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, söhbət 40-45 il əmək stajı və 350-400 pensiya balı toplamış, yüksək rəsmi əməkhaqqı alan şərti pensiyaçıdan gedir. Belə şəxsin pensiyasının 2027-ci ilin sonuna təxminən 77,4 min rubl təşkil edə biləcəyi gözlənilir.

Ekspert qeyd edib ki, qanunvericilikdə sığorta pensiyasının rublla ifadə olunan yuxarı həddi müəyyən edilməyib. Bununla belə, bir il ərzində əldə edilə bilən pensiya ballarının sayı 10 balla məhdudlaşdırılıb.