Rusiyalı hərbçi: Ukrayna ordusu geri çəkilərkən həlak olan hərbçilərin cəsədlərini minalayıb

Ukraynanın Boqodarovka yaşayış məntəqəsindən geri çəkilən hərbçilərinin həlak olan silahdaşlarının cəsədlərini minaladığı iddia olunur.

Sherg.az xəbər verir ki, bu barədə Rusiyanın "Vostok" 36-cı briqadasının atıcısı "Dolqan" TASS agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, mövqelərə daxil olarkən son dərəcə ehtiyatlı davranmaq lazımdır, çünki cəsədlər və ərazi minalanmış ola bilər. Hərbçi qeyd edib ki, buna görə də əraziyə daxil olmamışdan əvvəl bütün təhlükəli tələlər yoxlanılır və zərərsizləşdirilir.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi bir neçə gün əvvəl Dnepropetrovsk vilayətinin Boqodarovka yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiyini açıqlamışdı. Nazirlik həmçinin iddia edib ki, yaşayış məntəqəsində qış geyimində olan ukraynalı hərbçilərin meyitləri aşkar edilib və bunu onların uzun müddət rotasiya və təminatdan kənarda qalması ilə əlaqələndirib.