Rusiyanın İranı silahlandırması çox təhlükəlidir
11:01 27.12.2022
Dünya
1756
"Regionda gərginlik yaratmaqda maraqlı olan İrana qarşı region dövlətləri də mübarizə aparmalıdırlar"
Rusiya PUA-lar müqabilində İrana indiyə qədər görülməyən hərbi dəstək verir.
Bu da onların münasibətlərini tamhüquqlu müdafiə tərəfdaşlığına çevirir. Ekspertlərin fikrincə, bu tərəfdaşlıq təkcə Ukrayna üçün deyil, İranın regiondakı qonşuları üçün də təhlükə yaradır.
Qeyd edək ki, Rusiya “Şahed” kamikadze pilotsuz uçuş aparatları müqabilində tezliklə İrana 24 ədəd Su-35 döyüş təyyarəsi verə bilər.
Bu barədə İsrail televiziyasının 12-ci kanalına istinadən məlumat yayılıb. Telekanalın Moskva və Tehran arasında hərbi əməkdaşlığı izləyən Qərb kəşfiyyatındakı mənbələrinə görə, söhbət əvvəlcə Misir üçün nəzərdə tutulan 24 qırıcıdan gedir. Bildirilir ki, ABŞ Qahirəni sövdələşmədən imtina etməyə razı salıb, ruslar isə təyyarələr üçün alıcı axtarmağa başlayıb. İran Rusiyaya PUA-lar tədarük etməyə başlayandan sonra həmin təyyarələrin məhz İslam Respublikasına satmaq qərara alınıb. Qərb kəşfiyyatının məlumatına görə, iranlı pilotların yeni qırıcılardakı təlimi tam sürətlə davam edir. Məlumatda qeyd edilir ki, Rusiyanın İranla artan hərbi əməkdaşlığı Qüdsü Ukraynaya silah tədarük etməyə sövq edə bilər.
Rusiya ilə İran arasındakı hərbi-texniki əməkdaşlığı Sherg.az-a şərh edən politoloq Tural İrfanın sözlərinə görə, İranın Ukrayna-Rusiya savaşında Rusiyaya PUA ixrac etməsi məlum idi və hazırkı vəziyyətdə Qərb ikinci cəbhə açmaq istəmir:
“Reallıqda bu gün Qərb faktiki olaraq Ukraynada Rusiya ilə savaşır. Odur ki, İranın əməllərini bir tərəfə yazaraq Rusiyadan sonrakı mərhələyə saxlayır. Eyni zamanda müəyyən qədər İranın başını qatmaq üçün daxildəki üsyanlara dəstək verir. Rusiyanın İrandan silah tədarük etməsi müəyyən mənada başadüşüləndir ki, o, faktiki savaşır. Lakin Rusiyanın İrana silah verməsi, ələlxüsus da ki, söhbət qırıcılardan gedirsə, bu çox təhlükəlidir. İranın Rusiya ilə hərbi-texniki tərəfdaşlığı, bəlkə də müttəfiqliyi bölgə üçün yaxşı heç nə vəd etmir. Çünki İranın bölgədəki mövqeyi bəllidir və o həm region, həm də dünya üçün bir təhlükə, terror mənbəyidir. Belə bir rejimin hərbi cəhətdən zənginləşdirilməsi bütün region dövlətləri üçün, ən çox da Azərbaycan üçün ciddi təhdiddir”.
Politoloq deyib ki, İranın son dövrdəki mövqeyi, hərbi təlimlər keçirilməsi və bir sıra siyasi bəyanatları bunu deməyə əsas verir ki, İran regionda özündən başqa güc görmək istəmir: “İranın əsl məqsədi Türkiyə ilə region dövlətlərinin, əsasən də Azərbaycanın daha mükəmməl əlaqələrini əngəlləməkdir. Çünki bunun nəticəsində, o, eyni zamanda digər türk dövlətləri ilə də Türkiyənin, Azərbaycanın münasibətləri korlaya biləcəyini təxmin edir. Zəngəzur dəhlizinə qarşı şivən qopartmasının da əsl səbəbi budur. İran uzun zamandır ki, məzhəb ixtilafını Azərbaycanda körükləməyə çalışır ki, əhalisinin əksəriyyəti şiə sayılan Azərbaycanı sünni Türkiyə ilə ayırsın. Buna da nail ola bilmir və daha da aqressivləşir. Hərbi-texniki cəhətdən güclənməyə çalışmasının hədəfində öncə Azərbaycan var. Çünki İran hesab edir ki, Azərbaycan İsraili regiona gətirir və bu da açıq İrana qarşı yönəlib. Lakin əslində bu belə deyil. İran sadəcə belə bir əsassız iddia uyduraraq bəhanə edir. Hesab edirəm ki, ABŞ-nin və digər Qərb dövlətlərinin İrana qarşı sanksiyaları sərtləşdirilməlidir. Çünki İran xalqı bu gün faktiki olaraq işgəncəyə və zülmə məruz qaldığı halda fars rejimi silah-sursat almaq üçün çalışır. Həmçinin regionda gərginlik yaratmaqda maraqlı olan İrana qarşı region dövlətləri də mübarizə aparmalıdırlar. Şübhəsiz ki, İran nə qədər silahlanmış olsa da daxildəki milyonlarla türkdən çox narahatdır. Məhz buna görə də İran Azərbaycanın torpaqlarını azad edərək daha da güclənməsini həzm edə bilmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Adriana Lima ilk dəfə qızları ilə
03:23 25.04.2026
Şou
Səhər yeməyini saat 11-ə qədər yeyin, ömrünüzü 20 il uzadın
02:35 25.04.2026
Sağlamlıq
Tramp: Ağ Ev Cənubi Qafqazda sabitliyə töhfə verir
01:36 25.04.2026
Cənubi Qafqaz
Tanınmış model indi çörək satır
01:10 25.04.2026
Şou
Hakan Fidan Hörmüz boğazı ilə bağlı iki ssenarini açıqlayıb
00:22 25.04.2026
Region
Qonşular arasında dava: Bıçaqlanan var
23:35 24.04.2026
Hadisə
Ağ Ev Uitkoff və Kuşnerin Pakistan səfərini təsdiqləyib
23:11 24.04.2026
Dünya
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region