Rusiyanın ödəniş sistemi Azərbaycana pul köçürmələrini dayandırdı

Rusiyanın ödəniş sistemi "Zolotaya Korona" Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi 21-ci sanksiyalar paketindən sonra Azərbaycana, Gürcüstan, Ermənistan və daha bir sıra ölkələrə pul köçürmələrini dayandırıb.

Teleqraf xəbər verir ki, sistemin rəsmi saytında Rusiyadan onlayn pul köçürmələrinin mümkün olduğu ölkələr siyahısında yalnız Özbəkistan, Türkiyə və Qırğızıstan qeyd edilib.

Qeyd edək ki, Avropa İttifaqının sanksiyaları "Zolotaya Korona" ödəniş sisteminin operatoru olan RNKO "Payment Center" ("Ödəniş Mərkəzi") təşkilatına da şamil edilib.