Rusiyaya qarşı koalisiya qurulur
20:16 15.04.2021
Dünya
546
5 nəhəng dövlət Ukraynanın haqq işini müdafiə edir
Dünyanın 5 nəhəng dövləti - ABŞ, Britaniya, Almaniya, Fransa və İtaliya açıqlama yayıb. Onlar Rusiyanı Ukrayna ilə bağlı deskalasiyaya çağırıb. Bu məlumatı beş ölkənin xarici işlər nazirlərinin Brüsseldəki görüşündən sonra ABŞ Dövlət Departamenti yayıb. Məlumata görə, diplomatlar Ukraynanın Rusiya provokasiyaları qarşısında səbr göstərməsini təqdir ediblər. Onlar, həmçinin Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstək verdiklərini bildiriblər.
Mövzu ilə bağlı fikirlərini "Şərq"lə bölüşən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Rusiyaya qarşı beş dövlətin birgə çıxış etməsi və Ukraynanı dəstəkləməsini ABŞ-ın Rusiyaya qarşı formalaşdırdığı bir siyasi koalisiya kimi də xarakterizə etmək olar:
"Amma burada Almaniya və Fransanın Rusiya ilə əməkdaşlığı var. Onlar Ukraynanı hərbi gücdən istifadə etməyə çağırır. Çünki bu koalisiya içində iki ölkə Rusiya ilə kəskin münasibətlərin əleyhinədir".
Politoloq hesab edir ki, ABŞ və İngiltərə burada əsas real addımlar ata bilər:
"Təbii ki, bu, vəziyyəti gərginləşdirir. Düşünürəm ki, real döyüşün baş verməsi istənilən vaxt mümkün ola bilər. Bundan əlavə, diplomatik kanallar vasitəsilə də danışıqlar aparılır.
Amma Rusiya mövqeyindən çəkilməsə, Ukraynaya qarşı güc tətbiq edəcəyi təqdirdə ona qarşı hərbi koalisiya formalaşa bilər.
Bu da ümumi geosiyasi şərtlərin kəskinləşməsinə gətirə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol