Rusiyaya qarşı üstünlük: Gürcustan Aİ-yə qəbul olunur?
11:43 14.12.2023
Dünya
584
Avropa İttifaqı (Aİ) genişlənmə ilə bağlı öhdəliklərini yerinə yetirməlidir.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borel deyib.
O, Gürcüstanın bu istiqamətdə uğur qazandığını və işləri davam etdirməli olduğunu əlavə edib.
“Genişlənmə bizim ən vacib xarici siyasətimiz, fundamental məsələdir.Uzun müddətdir ki, insanlar qarşısında öhdəliklərimiz var və biz bunların yerinə yetirilməsini sürətləndirməliyik. Gürcüstan yaxşı işləyir və uğur qazanıb. Gürcüstan işləməyə davam etməlidir, onlar yaxşı yoldadırlar”, - Borel deyib.
Eyni zamanda Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Dekabrın 14-də keçiriləcək sammit Ukrayna, Moldova, Gürcüstan və Qərbi Balkan ölkələrinin Avropa İttifaqına mümkün qəbulu ilə bağlı həlledici olacaq.
Xatırladaq ki, Aİ Şurasının 15-16 dekabr tarixlərində Gürcüstana namizəd ölkə statusu verməsi gözlənilir.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlamasında siyasi şərhçi Turab Rzayev söyləyib ki, Gürcüstan, Moldova, Ukrayna və Balkan dövlətlərinə Avropa İttifaqına namizəd ölkə statusun verilməsi siyasi qərardır:
"Bu ölkələrin bir çoxunun demokratik qurumlar, cəmiyyət inkişaf indeksi və siyasi proseslərin şəffaf keçirilməsi baxımından Avropanın istədiyi demokratik islahatlara gəlib çatdığını düşünmürəm. Sadəcə olaraq Aİ düşünür ki, bununla Rusiyaya qarşı geosiyasi mübarizədə üstünlük əldə edəcək. Eyni zamanda Qərb Avropa İttifaqı üzərindən Rusiya ilə geosiyasi konfrantasiya xəttini Cənubi Qafqazda Ermənistan və Gürcüstan, Avropada isə Moldova və Ukrayna istiqamətində keçirəcək. Qərar siyasi olduğuna görə çox güman ki, Gürcüstan, Moldova, Ukrayna və Balkan ölkələrinə rəsmi şəkildə namizədlik statusu verilsin. Bununla bağlı hətta daha əvvəllər də Qərb bu nöqtədən çıxış etmişdi. Xüsusilə ABŞ bunu Dəstəkləməklə Rusiya üzərində üstünlük əldə etmək istəyir. Son dövrlərdə Moldovada keçmiş Prezident İqor Dodonun ətrafında olan qüvvələrin Rusiyaya yaxınlaşma cəhdləri baş qaldırmışdı. Ukraynada Zelenski hakimiyyəti faktiki olaraq Rusiyaya qarşı geri addım atmaq məcburiyyətindədir. Gürcüstanda da indiki hakimiyyət Rusiya yolunu tutub. Bunlar qarşısında isə Qərb belə bir addım ataraq bu ölkələri öz ətrafında toplamağa çalışır. Avropa İttifaqına namizədlik statusunun verilməsi gələcək zaman prespektivində Ermənistana da şamil oluna bilər. Məhz buna görə Qərb tərəfi Azərbaycanı sürətli şəkildə sülhə tələsdirir. Sadəcə olaraq bu məsələdə Azərbaycanı kənarda tuturlar. Çünki Avropa İttifaqının bölgəyə baxışları zamanı da müəyyən qədər xristian bucağından yanaşdığını görürük".
Ekspert həmçinin, qeyd edib ki, Türkiyə isə uzun müddətdir, Avropa İttifaqına üzv olmaq üçün gözləyir:
"Türkiyənin Avropa İttifaqına üzv olması bir çox ölkələrin milli maraqlarına uyğun gəlmir. Məsələn, Fransanın Türkiyə ilə siyasi münasibətləri yaxşı deyil. Türkiyə Silahlı Qüvvələri NATO-nun ikinci ən böyük ordusudur. Yəni Fransanın ordusundan belə güclüdür. Fransa İqtisadi liderlikdə Almaniyaya məğlub olub, siyasi üstünlüyü də Türkiyəyə uduza bilər. Digər tərəfdən Türkiyənin Avropa İttifaqına üzvlüyü onun iqtisadiyyatını həddindən artıq gücləndirəcək. Avropa Türkiyə ilə ittifaq olmaqdan daha çox partnyorluq etməyə çalışır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media