
SDQ-nin ya silahları təhvil verməsi, ya da Suriyanın şimalını tərk etməsi gözlənilir -Politoloq
13:30 08.10.2025
Dünya
583
Suriyada son illərdə baş verən hadisələr yalnız bu ölkənin daxilindəki siyasi proseslərlə məhdudlaşmır, eyni zamanda regionun təhlükəsizliyi və geosiyasi balansına da birbaşa təsir göstərir. Xüsusilə Türkiyə üçün bu məsələ həm milli təhlükəsizlik, həm də humanitar baxımdan olduqca önəmlidir. Suriyadan qaçan milyonlarla insanın Türkiyəyə sığınması, ölkənin üzərinə ciddi iqtisadi və sosial yük qoyub. Bununla yanaşı, Türkiyə Suriyada sabitliyin bərpa olunması və ölkənin ərazi bütövlüyünün qorunması istiqamətində prinsipial mövqe sərgiləyir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da vurğulayıb ki, Suriyanın yenidən qeyri-sabitliyə sürüklənməsinə yol verilməyəcək. Ankara bölgədə baş verən hadisələri yaxından izləyir və bu proseslərə səbirli, lakin qətiyyətli yanaşır. Prezidentin qeyd etdiyi “Türk-kürd-ərəb ittifaqı bölgədə əbədi sülhün açarıdır” fikri, həm daxili barışa, həm də regional əməkdaşlığa çağırış kimi qiymətləndirilə bilər. Belə bir şəraitdə Suriya Demokratik Qüvvələrinin (SDQ) 10 mart razılaşmasına əməl etməsi və ölkənin birləşmə prosesinə töhfə verməsi həm Suriyanın gələcəyi, həm də bölgədə sabitliyin təmin olunması baxımından həyati əhəmiyyət daşıyır.
Politoloq Yusir Bağırzadə Sherg.az-a açıqlamasında qaçqınların Türkiyədə yerləşdirilməsi məsələsində Aİ-nin öz öhdəliklərini yerinə yetirmədiyini qeyd edib:

"Nəzərə almaq lazımdır ki, Suriya Türkiyənin qonşu ölkəsidir. Əsəd rejimindən qaçan 3 milyondan çox Suriya vətəndaşı illərdir Türkiyədə sığınacaq tapıb. Türkiyə bu prosesdə humanitar məsuliyyət daşıyaraq həmin qaçqınlara sığınacaq verib və dövlət büdcəsindən təxminən 6 milyard dollar həcmində vəsait sərf edib. Avropa Birliyi ilə Türkiyə arasında əldə olunmuş razılaşmaya əsasən, bu yükün böyük hissəsini Aİ-nin maliyyələşdirməli olduğu razılaşdırılsa da, Avropa Birliyi öz öhdəliklərinə tam əməl etməyib. Türkiyə, eyni zamanda, Suriyada sabitliyin bərqərar olmasında maraqlıdır. Rəsmi Ankara dəfələrlə bəyan edib ki, diktator Əsəd rejimi devrildikdən sonra formalaşacaq yeni Aşşara hökuməti vasitəsilə ölkədə vahid, sabit və bölünməmiş bir Suriya qurulmalıdır. Prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidan açıq şəkildə bəyan ediblər ki, Suriyanın parçalanmasına, istər İsrailin dəstəyi ilə, istərsə də “Suriya Demokratik Qüvvələri” (YPG/PKK) adlı silahlı qruplaşmalar vasitəsilə, heç bir halda icazə verilməyəcək".
Ekspert 10 mart 2025-ci il tarixində Suriyanın müvəqqəti hökuməti ilə Suriya Demokratik Qüvvələri (PKK/YPG) arasında bir razılaşma imzalandığını xatırladıb:
"Razılaşmaya əsasən, bu silahlı qüvvələr öz silahlarını təhvil verməli, ölkəni tərk etmək istəyənlərə bu imkanı tanımalı və qalanlar isə silahsız şəkildə Suriyanın dövlət quruculuğuna inteqrasiya olunaraq Nazirlər Kabineti, bələdiyyələr və digər idarəetmə strukturlarında təmsil olunmalı idilər. Lakin bu razılaşmaya baxmayaraq, SDQ-nin lideri Məzlum Abdi razılaşmanın şərtlərinə əməl etmir. Hazırda Suriyada əş-Şara hökuməti dövründə ilk dəfə keçirilən seçkilər ölkənin siyasi gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyır. Lakin Məzlum Abdinin verdiyi “avtonomiya” bəyanatı, əslində, Suriyanın unitar dövlət quruluşunun dəyişdirilməsinə cəhd kimi qiymətləndirilir. Türkiyə isə bu məsələyə birmənalı və sərt mövqe nümayiş etdirir. Rəsmi Ankara bəyan edib ki, əgər SDQ silahları təhvil verməzsə, dövlət strukturuna inteqrasiya olunmazsa və ya Suriyanın ərazisini tərk etməzsə, həm Türkiyə, həm də Suriya dövlət qüvvələri hərbi və siyasi tədbirlər görəcəklər.
Çox güman ki, bu məsələr BMT-nin 80 illik yubiley sammitində də müzakirə olunub. Tramp administrasiyası da artıq yeni Suriya hökumətini tanıyıb. Yaxın günlərdə isə SDQ-nin ya silahları təhvil verməsi, ya da Suriyanın şimal bölgələrini tərk etməsi gözlənilir
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya