Şəhidlərin xatirəsi Strasburqda anılıb
19:54 27.09.2024
Dünya
334
“27 sentyabr - Anım Günü” ilə əlaqədar şəhidlərimizin əziz xatirəsinin yad edilməsi məqsədilə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyində anım tədbiri təşkil edilib.
Daimi nümayəndəlikdən "Report"a verilən xəbərə görə, Strasburqda yaşayan Azərbaycan icmasının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov çıxış edərək, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi, rəşadətli silahlı qüvvələrimizin əsgər və zabitlərinin qəhrəmanlığı, xalqımızın sarsılmaz birlik və bərabərliyi sayəsində torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi və uzun illər davam etmiş ədalətsizliyə son qoyulması ilə əldə edilən parlaq tarixi zəfərimiz barədə danışıb.
O, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda canlarından keçmiş bütün qəhrəmanlarımızın əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb və onların şücaətinin hər zaman dərin ehtiram və minnətdarlıq hissi ilə anılacağını bildirib.
Daha sonra Stasburqda yaşayan soydaşımız, Azərbaycanla Mədəni Əlaqələr Assosiasiyasının sədri Mustafa Əlincə öz düşüncələrini tədbir iştirakçılar ilə bölüşüb.
O, Ermənistanın ölkəmizə qarşı başladığı hərbi təcavüzün ilk günlərindən Fransa və beynəlxalq ictimaiyyətin məlumatlandırılması istiqamətində aparılan fəaliyyətləri xatırladıb və Azərbaycan xalqının çəkdiyi iztirabları hər zaman daxilən yaşadığını bildirib.
M.Əlincə torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsinin yaşadığı məkandan asılı olmayaraq, zəfər çalmış bir xalqın nümayəndələri kimi bütün azərbaycanlıların qəlbində dərin kök saldığını söyləyib.
Sonda tədbir iştirakçılarına şəhidlik zirvəsinə yüksəlmiş həmvətənlərimizdən bəhs edən video sujet nümayiş etdirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət