SEPAH: ABŞ ilə müharibə bitməyib

“İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ ilə heç bir rəsmi əlaqəsi yoxdur”.

Teleqraf xəbər verir ki, bunu SEPAH-ın rəsmi nümayəndəsi Hüseyn Möhəbi deyib.

“İnqilab Keşikçilərinin ABŞ ilə nə indi, nə də əvvəllər rəsmi və ya qeyri-rəsmi əlaqəsi olub. Və olmayacaq”, - o bildirib.

Hüseyn Möhəbi İran və ABŞ arasında müharibənin bitmədiyini də vurğulayıb:

“Müharibə bitməyib, davam edir. İnqilab Keşikçiləri özünü uzunmüddətli müharibəyə hazırlayıb”.