Şərqi Aralıq dənizində Türkiyə əleyhinə birlik: Fiaskoya uğrayacaq
Fidan Həmişəyeva
12:33 19.04.2021
Dünya
777
“Türkiyə çalışır ki, bu məsələləri ikilikdə həll etsin”
“Amma məsələ kontinental maraqları əhatə edərsə, bu zaman prosesin gedişatı dəyişəcək”
“Fikrimcə, Yunanıstan və onun arxasındakı güclərin Türkiyə qarşısında qalib gəlmələri mümkün deyil”
Yunanıstan Xarici işlər naziri Nikos Dendias Türkiyə ilə bağlı açıqlama verib. Nazir “Kathimerini” qəzetinə müsahibəsində Afinanın Aralıq dənizindəki suverenlik sahəsi və digər mövzularda Ankara ilə fikir ayrılıqlarını görməzlikdən gələ bilməyəcəyini söyləyib. Onun sözlərinə görə, problemlərə həll tapmaq çətin olsa da, bu, mümkünsüz deyil. Dendias bildirib:”Türkiyə ilə yaşadıqlarığımız əsas problem fərqlilikləri həll etməkdə ortaq məxrəcə gələ bilməməyimizdir. Türkiyənin Egey və Şərqi Aralıq dənizi mövzusundakı mövqelərini sərtləşdirdiyini düşünmürəm. Ancaq bunun beynəlxalq hüquqa uyğun olaraq sabit dayanma sərgilədiyini görürəm və bunun həll yolunu çətinləşdirəcəyini düşünürəm. Ancaq həll qeyri-mümkün deyil”.
Dendias qeyd edib ki, danışıqları davam etdirmək üçün Çavuşoğlunu Afinaya çağırıb və bu görüş Yunanıstan Baş naziri Kyriakos Miçotakis ilə Prezident Tayyib Ərdoğan arasında görüşə yol aça biləcək.
Türkiyə-Yunanıstan arasındakı gərgin münasibəti “Sherg.az”a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli bildirib ki, Yunanıstanın xarici siyasətində Türkiyəyə qarşı böyük qıcıq nümayiş etdirilir:
“Bunun əsas səbəbi odur ki, hazırda Yunanıstan xarici siyasətini Avropa Birliyinin(AB) təlimatı əsasında qurur. Bu ölkə xüsusilə Fransanın yönləndirdiyi xarici siyasət xəttini həyata keçirir.
Bu da istər-istəməz Türkiyənin Aralıq dənizindəki mövqelərinə ciddi zərbə vurma ehtimalı yaradır. Fransanın Yunanıstanı silahlandırması, Kritdə ABŞ-ın hərbi bazasının yaradılması, Kiprdə Britaniyaya məxsus bazaların inşa edilməsi kimi hallar baş verib.
Bütün bunlar Yunanıstan ətrafında Avropa və qərbin güclü dövlətlərinin Aralıq dənizindəki hökmranlıqlarını inşa etmək üçün həyata keçirdikləri tədbirlərlə Yunanıstanın qolunu açmaqdır.
Hesab edirəm ki, dəniz sahəsi üzrə pay bölgüsü əsasında ciddi şəkildə qarşıdurma var. Xüsusilə də Şərqi Aralıq dənizi boyunca olan ərəb ölkələri, İsrail, Misir, Kipr və Yunanıstan Türkiyənin əleyhinə birlik formalaşdırırdılar. Türkiyə Liviya ilə məşhur müharibəsi əsasında bu birliyi darmadağın etdi”.
Ə.Əlibəyli vurğulayıb ki, Türkiyə Yunanıstanla məsələləri müzakirə edib, qarşıdurmadan kənar və haqlı olduğu, onun qırmızı xətləri olan ərazilər üzərindəki suverenliyini tam şəkildə ifadə edən mövqe sərgiləyir:
“Yunanıstan da bu mövqe ilə razılaşmır. Türkiyə isə hesab edir ki, hazırda dünyada baş verən proseslərin fonunda Yunanıstanla qarşıdurma yaratmaq strateji maraqlara cavab vermir. Bu baxımdan Yunanıstanla “dil tapmaq” lazımdır.
Misirlə Türkiyə bu konteksdə razılaşdı, artıq İsraillə də xüsusi bir razılaşmalar var. Yunanıstan XİN başçısının bağlı qapılar arxasında bir mövqe, mətbuat önündə isə tamamilə fərqli mövqe nümayiş etdirməsi xüsusi bir qərəzdən xəbər verir.
Türkiyə çalışır ki, bu məsələləri ikilikdə həll etsin. Amma məsələ regional xarakter daşıyarsa, iki ölkənin maraqlarından çıxıb tam olaraq kontinental maraqları əhatə edərsə, bu zaman prosesin gedişatı dəyişəcək. Fikrimcə, Yunanıstan və onun arxasındakı güclərin Türkiyə qarşısında qalib gəlmələri mümkün deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual