Sırski: Dobropillya istiqamətində ruslar 3520 nəfərə yaxın itki verib

Dobropillya istiqamətində əks-hücum əməliyyatı başlayandan bəri ruslar 3520 nəfərə yaxın itki verib, onlardan 1988-i ölüb.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı, general Aleksandr Sırski “Facebook” səhifəsində məlumat verib.

O, Dobropol, Siver, Liman istiqamətlərindəki hərbi komandanlıqla daim əlaqədə olduğunu qeyd edib.

"Həmçinin bu istiqamətdə Rusiya ordusunun 991 ədəd silah və hərbi texnikası vurulub və ya məhv edilib", - Sırski vurğulayıb.