
Siyahıdan çıxarıldı:ABŞ Ermənistanı etibarsız dövlət kimi qəbul edir
Yusif Nəzərli
16:33 08.04.2023
Dünya
838
Avropanın 10 ölkəsini əhatə edəcək "Defender 23" hərbi təlimlərinin iştirakçıları siyahısından Ermənistan çıxarılıb. ABŞ Müdafiə Nazirliyinin yenilənmiş siyahısında Ermənistanın adına rast gəlinmir.
Bildirilir ki, ABŞ-la yanaşı, Albaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Çexiya, Danimarka, Estoniya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Kosovo, Moldova, Monteneqro, Hollandiya, Şimali Makedoniya, Polşa, Rumıniya, Sloveniya, İspaniya, İsveç və Böyük Britaniyadan olan hərbçilər təlimlərdə iştirak edəcək.
Qeyd edək ki, təlimlər 22 apreldə başlayacaq və 2 ay davam edəcək.
22 apreldə başlayacaq təlimlərdə Ermənistanın gözlənilmədən siyahıdan çıxarılması böyük maraq doğurub.

Mövzu ilə bağlı “Şərq”ə açıqlama verən keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, bunu təbii qarşılamaq lazımdır. Ermənistanın son zamanlar yeritdiyi xarici siyasət ABŞ-ın bu addımı atmasına səbəb olub: "Bildiyimiz kimi, hərbi təlimin əsas təşkilatçısı vəzifəsini ABŞ öz üzərinə götürmüşdü. Ermənistan hökumətinin son dövrlər yeritdiyi xarici siyasətin ABŞ-ın və təlimin digər iştirakçı dövlətlərinin məqsədlərinə ziddiyyət təşkil etməsi, onların bu təlimlərdən kənarda qalmasına gətirib çıxardı".
"Ermənistan və Rusiyanın bir-biri ilə qırılmaz tellərlə bağlılığı artıq bütün dünyaya məlumdur. Ermənistan və Rusiya ordularının birgə əməliyyat və təlimlərə cəlb olunması ilə bağlı 50 illik siyasi ittifaqlıq müqaviləsi mövcuddur. Bu müqavilə Qarabağ döyüşləri ərəfəsində bağlanmışdı. Rusiya hazırda dünya ölkələri, eləcə də keçiriləcək təlimin iştirakçı dövlətləri tərəfindən etibarsız bir partnyor, aqressiv bir dövlət olaraq qəbul edilir. Ermənistanın isə Rusiya ilə olan çoxşaxəli əlaqələrini nəzərə aldıqda, digər yandan son dövrlər İranın təkidi ilə bir sıra iqtisadi xarakterli layihələrin qarşısının alınmasında iştirakı Ermənistanın bu siyahıdan çıxarılması ilə nəticələnib", - deyə politoloq bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə