Siyasi Böhran dərinləşir: Makronun yanlış siyasəti Fransanı zəif mövqeyə sürükləyəcək
13:58 05.12.2024
Dünya
378
Fransa Milli Assambleyası (parlamentin aşağı palatası) Mişel Barnier hökumətinə etimadsızlıq haqqında qətnamənin lehinə səs verib.
Nazirlər Kabinetinə etimadsızlıq səsverməsini 331 deputat dəstəkləyib.
Qeyd edək ki, Mişel Barnye, 1962-ci ildən bəri Fransada etimadsızlıq səbəbindən istefaya getməyə məcbur olan ilk Baş nazir olacaq.
Politoloq Asif Nərimanlı "Sherg.az"a bildirib ki, Fransada baş verənlərin, böhranın təməlində iqtisadi-siyasi vəziyyət dayanır:
"Burada kütləvi etirazlardan başlayaraq artıq məsələ siyasi müstəviyə çıxıb. Hazırda Fransa hökümətinə etimadsızlığın kökü sırf Makronun atdığı yanlış siyasi adımlardan başlayıb. Bu prosesə daha öncə Avropa Parlamentində keçirilən seçkilərdən baxmaq lazımdır. Seçkilərdə Le Penin partiyası qalib gəldi və daha çox səs topladı. Bu da uzun müddətdən sonra Fransada bir ilk idi. Makron isə Avropa Parlamentindəki seçkilərdə uduzduqdan sonra daxili vəziyyəti lehinə dəyişdirmək qərarına gəldi. Ona görə də parlamentə növbədənkənar seçkilər təyin etdi. Amma bu seçkilərdə də heç də gözlədiyi nəticəni almadı. Əksinə, Makronun partiyası daha az səs topladı, digər partiyalar ön plana çıxdı. Belə olduğu halda hökümətin təyin edilməsi məsələsində problemlər yaşanmağa başlandı. Artıq müxalif parlamentdə çoxaldıqca Makrona təzyiq etməyə başladı. Makron bu dövrdə yeni hökumət təşkil etdi. Hədəf kimi qoyuldu ki, bu hökumət iqtisadi problemləri qısa müddətdə həll etməlidir. Lakin 90 gün ərzində belə bir nəticə əldə edilmədi".
Politoloqun fikrincə, Fransadakı siyasi böhranın yaranması da Makronun təyin etdiyi Baş nazirin hökumətə böhranın həll yolu ilə bağlı təklifinə dayanır:
"Yəni onlar bu durumun həlli ilə bağlı təkliflər paketi hazırladı. Bu, parlamentdə qəbul edilmədi. Səbəb isə əslində həmin təkliflər paketinin yanlış olmasından da qaynaqlanmır. Bu öncəki seçkilərdə Makronun əleyhdarlarının daha çox səs toplamasından da irəli gəlir. Digər tərəfdən, Makron bu vəziyyətdən istifadə etdi. İndiki dövrdə ya istefa verməlidir, ya da yeni Baş nazir təyin etməlidir. Müxtəlif daha çox Makronun istefasından yanadır. İstefa verilməsi ehtimalı isə çox azdır. Güman ki, yeni Baş Nazir təyin edəcək. Amma yeni Baş Nazirin təyin edilməsi yaranmış böhranın həllini sürətləndirməyəcək. Bunun da kökündə sırf Avropa Parlamentində Makronun partiyasının məğlubiyyətindən sonra Milli Assambleyanın keçirdiyi növbədənkənar seçkilərdə də uduzmasından qaynaqlanır. Səs çoxluğu olan partiya isə az səs toplayan partiyanın nümayəndəsi olan Prezidentə təzyiq göstərir. Bu isə siyasi böhranın davamlı olacağına gətirib çıxarır. Digər tərəfdən Makronun yanlış siyasəti Fransanı yaxın müstəvidə zəif mövqeyə sürükləyir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət