Snayper bələdiyyə sədri oldu
Yusif Nəzərli
08:16 16.02.2022
Dünya
674
Əhali ilə necə “davranacağını” bilir
Əfqanıstanda 20 ildən sonra hakimiyyətə gələn "Taliban" qruplaşmasının ən dəqiq snayperi sayılan 25 yaşlı Damullah Mohibullah Movaffaq Maymana qəsəbəsinin bələdiyyə sədri seçilib. “Yox artıq!” demək də olardı. Amma Movaffaq, soyadından da göründüyü kimi, deyəsən, işə əməlli-başlı ciddi girişib. "Taliban"ın snayperi varlı tacir ailəsinin oğludur, həm də savadlıymış. Əfqanıstanın şimal-qərbindəki Fəryab əyalətinin mərkəzi Maymana qəsəbəsində böyüdüyü, qəsəbə məktəbini müvəffəqiyyətlə bitirdiyi bildirilir.
“Şərq” NTV-yə istinadən xəbər verir ki, ABŞ-ın nəhayət ki, Əfqanıstandan əl çəkməsiylə taliblər hakimiyyətdə getdikcə daha çox möhkəmlənirlər. Snayperlikdən bələdiyyə sədrliyinə keçid edən Damullah Movaffaq hazırda 100 min əhalisi olan qəsəbənin problemlərinin həlli ilə - lağımların açılması, yolların layihələndirilməsi və məhəllə davalarının önünün alınması kimi işlərlə məşğuldur.
Movaffaq “müharibədə hədəflərim bəlli idi: xarici müdaxiləni, işğalı, ayrı-seçkiliyi, ədalətsizliyi aradan qaldırmaq. Hədəflərim indi dəyişib. Korrupsiya ilə mücadilə aparmaq və ölkəmi rifaha qovuşdurmaq”, deyir. Yeni bələdiyyə sədri qəsəbə küçələrini gəzir və əhalinin şikayətlərini dinləyir. Yol kənarlarındakı arxları təmizləyən bələdiyyə işçilərinin işi ilə maraqlanır (Heç bizdə belə bələdiyyə sədri yoxdu - M.R).
Sədrin köməkçisi isə "Taliban"dan deyil. Seyid Əhməd Geyasi yeni sədrin gənc, təhsilli və həm də qəsəbə sakini olmasının üstünlüklərindən danışıb:
“Əhali ilə necə rəftar edəcəyini bilir. Ofisdəki divarda döyüş sənətləri yarışmasında aldığı sertifikat və lisey diplomu asılıb”. Movaffaq 19 yaşında "Taliban"a qoşulub və ABŞ əsgərlərinə qarşı döyüşüb. Lakin o, müharibə dəhşətlərini xatırlamağı sevmir. Və “həyatım çox enişli-yoxuşlu oldu. Bundan sonra ölkənin rifahı üçün “döyüşəcəm”, deyir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya
“Arsenal” braziliyalı hücumçunu “Barselona”ya satıb
11:49 31.08.2026
Futbol