Son 4 ildə yarım milyondan çox Gürcüstan vətəndaşı AB ölkələrinə səfər edib
16:53 28.03.2021
Dünya
516
"Son dörd ildə yarım milyondan çox Gürcüstan vətəndaşı AB / Şengen ölkələrinə səfər edib".
24News.ge xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Davit Zalkaliani açıqlama verib.
Onun sözlərinə görə, vizasız rejim Gürcüstan üçün xüsusi siyasi əhəmiyyətə malik bir nailiyyətdir və bu addımla ölkə Avropanın vahid ailəsinə daha da yaxınlaşdı:
"Aİ və üzv ölkələr tərəfindən vətəndaşlarımıza vizasız səyahət verilməsi Gürcüstanın etibarlı və layiqli ortaq statusunu daha da gücləndirdi və ölkənin Avropaya inteqrasiya prosesinə güclü dəstəyini təsdiqlədi.
Gürcüstan, Avropaya inteqrasiya yolunda davamlı irəliləməyə davam edir ki, bu da Assosiasiya Şurasının 6-cı iclasında təsdiqlənib.
Vizasız səyahət Gürcüstan vətəndaşlarına yeni fürsətlər yaratdı - turizmin inkişafına, işgüzar əlaqələrin gücləndirilməsinə, tələbə mübadiləsi proqramlarının aktivləşdirilməsinə, ümumilikdə peşə əlaqələrinin və ya şəxsiyyətlərarası münasibətlərin möhkəmlənməsinə töhfə verdi.
Təəssüf ki, qlobal pandemiya səbəbindən bu gün sərbəst hərəkət məhduddur, lakin inanırıq ki, tezliklə bu çətinliyin öhdəsindən gələcəyik və məsuliyyətlə Gürcüstan vətəndaşları Avropaya inteqrasiya prosesində bu mühüm nailiyyətdən bəhrələnməyə davam edəcəklər", - deyə David Zalkaliani qeyd edib.
Xatırladaq ki, bu gün Avropa İttifaqı (Aİ) və Gürcüstan arasında vizasız rejimin qüvvəyə minməsindən 4 il ötür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya