Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu 15-20 il əvvəl hazırlanmış coğrafiya dərsliklərini tənqid edib. O bildirib ki, həmin dərsliklər Rusiyanın təbii sərvətlərindən istifadəsini tənqid etməyə əsas verirdi.
Sherg.az xəbər verir ki, Şoyqu yeni vahid coğrafiya dərsliyinin hazırlanmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, yeni dərslik maraqlı və obyektiv olmalı, Rusiyanın resurslarından istifadəsi ilə bağlı əvvəlki tənqidləri təkzib etməlidir.