Şoyqu Qərbi Cənubi Qafqazda vəziyyəti gərginləşdirməkdə ittiham edib
Yusif Nəzərli
09:57 25.05.2023
Dünya
386
“Biz Cənubi Qafqazda vəziyyətin sabitləşməsi üçün mümkün olan hər şeyi edirik”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Belarusun paytaxtı Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin müdafiə nazirlərinin toplantısında çıxışı zamanı deyib.
O bildirib ki, KTMT bölgədə sülhün təmin olunmasında maraqlıdır.
Nazirin sözlərinə görə, Qərb Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün aparılan danışıqlar prosesinə müdaxilə etməyə, regiondakı mövcudluğunu artırmağa və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır: “Regiondakı vəziyyət daha çox Ermənistanla Azərbaycan arasındakı gərginliyin həlli ilə bağlıdır. Rusiya sülhməramlıları Qarabağdakı təhlükəsizliyi dəstəkləyir. Lakin Qərb vəziyyətə müdaxilə etməyə çalışır”.
S.Şoyqu söyləyib ki, Qərb üçün əsas məsələ Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır: “Bununla əlaqədar biz KTMT missiyasının regiona göndərilməsi ilə bağlı işi davam etdirməyi zəruri hesab edirik”.
Rusiyanın müdafiə naziri həmçinin Ermənistanın KTMT-nin Minsk toplantısında təmsil olunmamasına da münasibət bildirib: “Biz Ermənistanın KTMT koalisiyasının fəaliyyətlərində iştirakını vacib sayırıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Azərsun Holdinq” minlərlə ailəyə bayram sovqatı hədiyyə etdi
14:13 26.05.2026
Ölkə
KİV: İrana 24 milyard dollar qaytarıla bilər
14:03 26.05.2026
Gündəm
"Beşiktaş"dan Zidan sürprizi: İlk təmas quruldu
13:46 26.05.2026
Futbol
Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
13:35 26.05.2026
Gündəm
Ali Məhkəməyə iki yeni hakim təyin edilib
13:29 26.05.2026
Aktual
Milli Məclis dövlət komitəsinin hesabatını təsdiq edib
13:00 26.05.2026
Cəmiyyət
Sergey Lebedev: Xarici aktorlar MDB-ni parçalamaq istəyirlər
12:59 26.05.2026
Dünya
“Liverpul” Alissonla bağlı qərarını verdi
12:44 26.05.2026
Futbol
AAYDA-nın daha 7 qurumu ləğv olunur
12:37 26.05.2026
İnfrastruktur
Putin: Dünyada hərbi-siyasi vəziyyət xeyli mürəkkəbləşib
12:36 26.05.2026
Dünya
Ağdam şəhərinə yola salınan 110 ailə mənzil başına çatıb - FOTOLAR
12:29 26.05.2026
Gündəm
Sabah 28 dərəcə isti olacaq
12:20 26.05.2026
Ekologiya
İtaliya Prezidenti Azərbaycan liderini təbrik edib
12:12 26.05.2026
Gündəm
SEPAH ABŞ PUA-sının vurulduğunu bildirir
11:57 26.05.2026
Dünya