Sumda bu kənd uğrunda döyüşlər gedir

Sum vilayətinin Qrabovskoye kəndində döyüşlər davam edir və işğalçıları Rusiya ərazisinə geri sıxışdırmaq üçün səylər göstərilir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna ordusu məlumat yayıb.

“Mediada yayılan xəbərlərə baxmayaraq, hazırda qonşu Ryasnoye kəndində rus hərbçiləri yoxdur”, - məlumatda qeyd olunub.