
Suriyadakı separatçıları yalnız Türkiyənin dəstəyi ilə neytrallaşdırmaq mümkündür -Politoloq
10:00 25.08.2025
Dünya
455
Suriyadakı təxribatçı qüvvələrin aktivləşdirilməsi İsrailin Qəzzaya dəhşətli hücumuna yol açmaq üçün hazırlıqdır
Əsas hədəf Türkiyəni müharibəyə çəkmək və ABŞ-ni onunla baş-başa gətirməkdir
Yaxın Şərqdəki geosiyasi vəziyyət son illərdə daha da mürəkkəbləşib. Xüsusilə Suriya, Yəmən, Qəzza və İran ətrafında baş verən hadisələr bölgədə yeni və təhlükəli qarşıdurma mərhələsinə keçidin siqnallarını verir. İsrailin Yəməndə Husi liderinin iqamətgahına raket zərbəsi endirməsi, Qəzzada planlaşdırılan həlledici hücumlar və Suriyadakı separatçı qüvvələrin aktivləşdirilməsi regional sabitliyə ciddi təhdid yaradır. Suriyada “Suriya Demokratik Qüvvələri” (SDQ) kimi təşkilatların İsrailin nəzarətində hərəkət etməsi və bu güclərin həm Dəməşqə, həm də ehtimal olunan gələcək ssenarilərdə Türkiyəyə qarşı yönləndirilməsi bölgənin parçalanması riskini artırır.
Qeyd edək ki, SDQ-nin kürd koalisiyası Rəqqə şəhərində yerli vaxtla 00:00-dan 05:00-a qədər komendant saatı elan edib. Bu qərarın, yerli ərəb tayfalarının silahlı dəstələrinin potensial təhlükə səbəbilə qəbul etdiyi bildirilir. Bu hadisə, bölgədəki etnik və siyasi parçalanmaların daha da dərinləşdiyini və SDQ-nin bölgədə sabitliyi qorumaqda çətinlik çəkdiyini göstərir.
Bütün gedişat İsrailin daha geniş və strateji planlarının tərkib hissəsi kimi görünür. Hadisələrin fonunda regional güclərin, xüsusən də Türkiyənin mövqeyi və reaksiyası proseslərin gələcək istiqamətini müəyyən edə bilər.
Politoloq Tural İrfan Sherg.az-a kürd koalisiyasının verdiyi qərar, Türkiyə və İsrailin bölgədəki rolu barəsində açıqlama verib:

"Məlumdur ki, Suriyada vəziyyəti yenidən qarışdırmaq istəyən qüvvələr var. İsrailin Yəmənə hücumu və Husi liderin iqamətgahını raketlə vurması bölgədə vəziyyəti gərginləşdirməyə doğru aparır. Həmçinin Qəzza bölgəsinə yekun və həlledici hücum nəzərdə tutulur və ərazinin tam nəzarətə götürülməsi planlaşdırılır. O da məlumdur ki, Suriyadakı "Suriya Demokratik Qüvvələri" adlı təşkilat da İsrailin nəzarətindədir. İsrail bu qüvvələrdən həm Suriya hökumətinə, həm də gələcəkdə Türkiyəyə qarşı istifadə etməyi nəzərdə tutur. Druzları və kürd separatçı qüvvələrini bəsləyərək Suriyanı dövlət olmağa qoymur.
Yerli ərəb tayfalarının heç bir təhlükəsi yoxdur. Əgər müəyyən təsirlər varsa, onu da İsrail agenturası təxribat məqsədi ilə edir".
Politoloq Suriyadakı təxribatçı qüvvələrin aktivləşdirilməsinin İsrailin Qəzzaya ən dəhşətli hücumuna yol açmaq üçün hazırlıq olduğunu söyləyib:
"Ola bilər ki, Qəzzadan sonra müəyyən təxribatları əldə bəhanə tutaraq İsrail Suriyaya da müdaxilə etsin. Əsas hədəf Türkiyəni müharibəyə çəkmək və ABŞ-ni onunla baş-başa gətirməkdir. Artıq Türkiyə də İsrailin gəmilərinə məhdudiyyət qoyub. Getdikcə durum gərginləşir. Eyni zamanda İrana qarşı da müharibə hazırlıqları davam edir. İran da öz növbəsində İsrailə qarşı olanlarını nəzərdən keçirir. Bəşər Əsəd dövründə belə baş verməyən təxribatların indi baş qaldırması İsrailin planlarının tərkib hissəsidir.
Suriyadakı separatçı qüvvələri yalnız Türkiyənin dəstəyi ilə neytrallaşdırmaq mümkündür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Nazir: Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir
14:31 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol