"Tasnim": İran çox sayda raketləri döyüş vəziyyətinə gətirib

İran İsrailin hücumu halında çox sayda raketləri döyüş vəziyyətinə gətirib və hədəflərin siyahısını hazırlayıb.

"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi mənbəyə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, İsrail cavab verərsə, İran tammiqyaslı müharibəyə başlamağa hazırdır: "Hazırda xeyli sayda raket buraxılışa hazırdır".

Qeyd edək ki, İran atəşkəsdən sonra ilk dəfə İsrailə raketlər atıb.