Tayland Kralı Maha Vajiralongkornın böyük qızı, şahzadə Bajrakitiyabha Mahidol 47 yaşında vəfat edib.
Sherg.az xəbər verir ki, Krallıq sarayının açıqlamasına görə, şahzadə 2022-ci ilin dekabrında keçirdiyi ağır xəstəlikdən sonra komaya düşmüşdü. Son həftələrdə vəziyyətinin çoxsaylı infeksiyalar səbəbilə pisləşdiyi və bütün tibbi müdaxilələrə baxmayaraq həyatını itirdiyi bildirilib.
Qeyd edilib ki, şahzadə üçün ən yüksək səviyyəli kral dəfn mərasimi keçiriləcək və onun nəşinin xalq tərəfindən ziyarət edilməsi üçün sarayda xüsusi mərasim təşkil olunacaq.
Bajrakitiyabha Mahidol hüquq təhsili almış, diplomat və BMT çərçivəsində müxtəlif vəzifələrdə çalışmışdı. O, Taylandın gələcək siyasi və kral idarəçiliyində mühüm fiqurlardan biri kimi qəbul edilirdi.