“Birinci prezident Nursultan Nazarbayevi müasir Qazaxıstan dövlətçiliyinin banisi hesab edirəm”.
Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yerli KİV-ə müsahibəsində deyib.
“Nursultan Nazarbayevə gəlincə, dəfələrlə söyləmişəm ki, onu müasir Qazaxıstan dövlətçiliyinin banisi hesab edirəm. Onun dövlət qurumları və iqtisadiyyatın bazar mexanizmlərinin yaradılmasındakı, eləcə də yeni paytaxtımızın qurulmasındakı işlərini hamı bilir. Bildiyiniz kimi, biz Qazaxıstanı ədalət, qanun və qayda ölkəsinə çevirmək istəyirik. Buna görə də heç kimə xələl gətirmədən hər bir vətəndaşın əməyini ədalətli şəkildə qiymətləndirməliyik. Bu, ölkəmizin birinci prezidenti Nursultan Nazarbayevə də aiddir”, - o qeyd edib.