Tramp 12 milyard dollarlıq kənd təsərrüfatı yardımı paketini elan edib

ABŞ Prezident Donald Tramp 12 milyard dollarlıq kənd təsərrüfatı yardımı paketini elan edib.

AZƏRTAC xəbər verir ki, yardımın 11 milyard dollarlıq hissəsi “Fermer Bridge” yardım proqramı çərçivəsində birdəfəlik ödənişlər vasitəsilə fermerlərə yönəldiləcək. Qalan hissəsi isə məhsulları yardım proqramına daxil olmayan fermerlərə veriləcək.

Kənd təsərrüfatı katibi Bruk Rollins vəsaitin 28 fevrala qədər təmin olunacağını bildirib.