Tramp ABŞ-da Milli Qvardiyanın geri çəkilməsi ilə bağlı qərar verdi

ABŞ Prezidenti Donald Tramp asayişin qorunması və miqrantlara qarşı əməliyyatlar çərçivəsində Çikaqo, Los-Anceles və Portlend şəhərlərində yerləşdirilən Milli Qvardiya bölmələrinin geri çəkiləcəyini açıqlayıb.

Sherg.az xəbər verir ki, Tramp sosial şəbəkə paylaşımında Milli Qvardiyanın mövcudluğunun bu şəhərlərdə cinayət səviyyəsini azaltdığını iddia edib və bildirib ki, göstəricilər yenidən artarsa, federal hökumət “daha güclü şəkildə geri qayıda bilər.”

Qeyd edək ki, ABŞ Ali Məhkəməsi Tramp administrasiyasının Çikaqoya Milli Qvardiya göndərilməsi ilə bağlı tələbini rədd edərək, aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Məhkəmə prezidentin Milli Qvardiyanı yalnız müstəsna hallarda federallaşdırmaq səlahiyyətinə malik olduğunu vurğulayıb.