Tramp: ABŞ-ın İrana qarşı genişmiqyaslı əməliyyatları çox baha başa gələr

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpası böyük maliyyə xərcləri tələb edər və Hörmüz boğazının aylarla bağlı qalmasına səbəb ola bilər.

O, bu barədə "ABC News" telekanalına müsahibəsində danışıb.

“Yaxın dostlarımdan bəziləri yenidən bombardmanlara başlamağımı istəyirlər, amma onlar vəziyyəti anlamırlar”, - deyə Tramp bildirib.

ABŞ prezidenti konkret olaraq kimi nəzərdə tutduğunu açıqlamayıb.

Onun sözlərinə görə, genişmiqyaslı zərbələrin bərpası həm baha başa gələcək, həm də Hörmüz boğazının uzun müddət bağlı qalmasına səbəb olacaq.

Tramp hesab edir ki, bu ssenari qlobal iqtisadiyyat və enerji bazarları üçün əlavə risklər yarada bilər.