Tramp ABŞ tarixinin ən yaxşı prezidentlərinin siyahısını tərtib edib

ABŞ Prezidenti Donald Tramp özünün hazırladığı "ABŞ tarixinin ən yaxşı prezidentləri" siyahısını dərc edib - reytinqdə də birinci yeri özü üçün ayırıb.
Oxu.Az xəbər verir ki, o bununla bağlı şəxsi sosial media hesabında paylaşım edib.
"Mövcud ABŞ liderinin versiyasına görə, 45-ci və 47-ci prezident (2017-2021, 2025-…) ən yüksək tanınmaya layiqdir. Trampa verilən qiymət: beş ulduz!" - deyə o bildirib.
Tramp sabiq prezident Corc Buşu "şübhəli lider" adlandırıb və onu Yaxın Şərqə müdaxiləyə görə tənqid edib. Özündən əvvəlki prezident Co Baydeni isə o, "ABŞ tarixindəki ən pis lider" adlandırıb. Barak Obamanı da tənqid edən Tramp onu "dəhşətli prezident" kateqoriyasında "qalib" elan edib.