Tramp Ağ Ev əməkdaşlarının telefonlarını toplatdırdı

ABŞ Prezidenti Donald Tramp yeni prezident təyyarəsi ilə bağlı məlumat sızmasının araşdırılması çərçivəsində Ağ Ev əməkdaşlarının mobil telefonlarını təhvil verməsini tələb edib.

Sherg.az xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.

Bildirilir ki, Tramp NATO sammitindən qayıdarkən yeni prezident təyyarəsindən imtina etməsinin səbəbləri və təyyarənin texniki xüsusiyyətləri barədə məlumatların mediaya sızmasından narazı qalıb. O, bu məlumatların yayılmasını milli təhlükəsizlik üçün ciddi risk hesab edib və araşdırmanın gedişi barədə mütəmadi məlumatlandırılmağı tələb edib.

Xatırladaq ki, NATO sammitindən sonra Tramp Qətərin hədiyyə etdiyi Boeing 747-8 təyyarəsi ilə deyil, köhnə prezident təyyarəsi ilə ABŞ-a qayıtmışdı. Ağ Ev bunu təhlükəsizlik tədbirləri və Məxfi Xidmətin tövsiyələri ilə izah etmişdi.