Tramp Cənubi Koreyanı ABŞ-nin Hörmüz boğazındakı missiyasına qoşulmağa çağırıb

ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyanı ABŞ-nin Hörmüz boğazındakı "Azadlıq" missiyasına qoşulmağa çağırıb.

"Report" xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkə hesabında yazıb.

Tramp qeyd edib ki, İran qüvvələri ABŞ, İsrail və İran arasındakı münaqişəyə cəlb olunmayan ölkələrin gəmilərini, o cümlədən azı bir Cənubi Koreya ticarət gəmisini atəşə tutublar.

"Bəlkə də, Cənubi Koreyanın missiyaya qoşulmaq vaxtı çatıb! Biz 7 kiçik kateri və ya onların adlandırmağı sevdikləri kimi, "sürətli" katerləri batırdıq. Bu, onların əlində qalanların hamısıdır. Cənubi Koreya gəmisindən başqa, hazırda boğazdan keçərkən zərər görən başqa gəmi yoxdur", - paylaşımda bildirilib.

O, həmçinin bu məsələ ilə bağlı sabah səhər müharibə naziri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynin keçirəcəyi mətbuat konfransını anons edib.