ABŞ Prezidenti Donald Tramp İranın hələ razılaşmaya hazır olmadığını bildirib.
Sherg.az xəbər verir ki, Tramp Vaşinqtonun Tehranla danışıqları davam etdirdiyini və görüşlərin nəticəsinin yaxın vaxtlarda bəlli olacağını deyib. O qeyd edib ki, ABŞ həm diplomatik danışıqlara, həm də digər variantlara hazırdır.
Tramp, həmçinin Səudiyyə Ərəbistanını İbrahim Razılaşmalarına qoşulmağa çağırıb. Onun sözlərinə görə, Ər-Riyad bu razılaşmalara qoşulmayacağı təqdirdə, ABŞ Səudiyyə Ərəbistanı ilə nüvə sazişi imzalamayacaq.
Qeyd edək ki, İbrahim Razılaşmaları 2020-ci ildə ABŞ-nin vasitəçiliyi ilə İsrail və bəzi ərəb ölkələri arasında münasibətlərin normallaşdırılması məqsədilə imzalanıb.