Tramp: İranla razılaşmadan dərhal sonra neft qiymətləri kəskin şəkildə aşağı düşəcək

“Hamı yanılırdı. Onlar enerjinin bir barel neftin 300-300 dollar olacağını düşünürdülər. Amma hazırda bu, təxminən 100 dollardır”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə kiçik və orta sahibkarlığın dəstəklənməsi ilə bağlı tədbirdə çıxış edərkən bildirib.

“Mən proqnozlaşdırıram ki, bütün bunlar bitdikdən sonra neftin qiyməti çox əhəmiyyətli dərəcədə düşəcək. Düşünürəm ki, bu, çox tez baş verəcək. Heç vaxt görmədiyiniz səviyyələrə çatacaq. Nəticəni bilmək üçün hazırda Hörmüz boğazında faktiki olaraq bloklanmış dünyanın hər yerindən neftlə yüklənmiş gəmilərə nəzərə yetirmək lazımdır. İran olduqca pis yerdən ələ keçirilib. Biz bununla məşğuluq”, - deyə Tramp qeyd edib.

Mayın 3-də Amerika lideri ABŞ-nin Hörmüz boğazında "Azadlıq layihəsi" əməliyyatına başlayacağını elan edib. Prezidentin sözlərinə görə, əməliyyat gəmilərin boğazdan təhlükəsiz keçidinin təmin edilməsinə yönələcək. "Bu humanitar prosesə hər hansı bir müdaxilə edilərsə güc tətbiq ediləcək" - Tramp bildirib.