Tramp İsrail və İran arasındakı gərginlik barədə məlumatlandırılıb

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə bağlı məlumatlandırılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ rəsmisi “Axios”a açıqlamasında deyib.

Qeyd edək ki, İsrail tərəfi İranın onlara raket zərbələri endirdiyini bildirib. Bu, 8 apreldə atəşkəs elan edildikdən bəri İranın İsrailə ilk raket hücumudur.