Tramp: Netanyahuya zəng edib, İrana cavab verməməsini istəyəcəyəm

İranın raket atəşi nəticəsində heç kim xəsarət almayıb. Ümid edirəm ki, İsrail buna cavab verməyəcək.

AZƏRTAC xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp “Axios” nəşrinin müxbiri Barak Ravidə müsahibəsində səsləndirib.

Tramp bildirib ki, əgər Benyamin Netanyahu cavab hücumu həyata keçirsə, bu, uzunmüddətli qarşıdurmaya səbəb ola bilər.

“İranla yekun razılaşmaya çox yaxınıq. Bu, yaxşı bir razılaşma olacaq. Hazırda baş verənlərə görə həmin razılaşmanın pozulmasını istəmirəm. İndi Benyamin Netanyahuya zəng edib, İrana cavab verməməsini istəyəcəyəm. Hər iki tərəf artıq öz addımını atıb. Həm İsrail, həm də İran zərbə endirib. Yeni bir zərbəyə ehtiyac yoxdur”, – deyə ABŞ Prezidenti əlavə edib.