Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı “çox yaxşı” qərar verəcəyini vəd edib

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı ABŞ-a və bütün dünyaya fayda gətirəcəyini düşündüyü “çox yaxşı” qərar qəbul etmək niyyətində olduğunu bildirib.

Sherg.az xəbər verir ki, Amerika lideri təşəbbüsünün təfərrüatlarının hələlik heç kimə məlum olmadığını, lakin gələcəkdə məsələyə aydınlıq gətirəcəyini qeyd edib.

“Bu, çox yaxşı qərardır. Düşünürəm ki, o, həm ölkəmizə, həm də bütün dünyaya fayda verəcək. Çünki biz qlobal miqyasda fəaliyyət göstəririk”, – deyə Tramp Floridadakı iqamətgahında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Bundan əvvəl Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev ABŞ-ın Rusiyaya qarşı sanksiyalardan imtina etmək yolları axtarmağa məcbur qaldığını iddia edib. Onun sözlərinə görə, Vaşinqton tətbiq etdiyi məhdudiyyətlərin özünə də zərər vurduğunu getdikcə daha çox anlayır.