Tramp: Seçki kampaniyası zamanı dünyada 8 münaqişənin olduğunu bilmirdim

ABŞ Prezidenti Donald Tramp ikinci dəfə hakimiyyətə gələrkən dünyada 8 münaqişənin mövcudluğundan xəbərsiz olduğunu deyib.

Teleqraf xəbər verir ki, "WABC" radio şousunun "Sid & Friends" verilişinə verdiyi müsahibədə Tramp qeyd edib: "Seçki kampaniyası zamanı səkkiz müharibənin olduğunu bilmirdim. Bu barədə heç düşünməmişdim də, amma sonda səkkiz müharibəyə son qoydum".

O həmçinin əvvəlki ABŞ prezidentlərinin heç birinin hakimiyyətdə olduğu ilk ilində bu qədər uğurlu olmadığı bildirib.

Amerika lideri əlavə etdi ki, xüsusilə onun administrasiyası tarixdə ən böyük vergi və bürokratiya kəsintilərinə nail olub.