
Tramp və Ərdoğan bir-birlərini yaxşı başa düşür: ABŞ-Türkiyə əməkdaşlığı sayəsində... -ŞƏRH
09:26 08.01.2025
Dünya
729
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla dost olduğunu deyib.
O, bu barədə keçirdiyi mətbuat konfransında bildirib.
Tramp Ərdoğana hörmət etdiyini vurğulayıb: "Onun da mənə hörmət etdiyini düşünürəm".
Respublikaçıların başçısı Ərdoğanın çox güclü və ağıllı lider olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan X-də yazdığı mesajda Donald Trampı seçkidə əldə etdiyi qələbə münasibətilə təbrik edərək, onu “dost” adlandırıb. Təhlilçilər deyir ki, Ərdoğan Trampla yaxın əlaqələrini yenidən qurmağa və iki ölkə arasında münasibətləri xarici işlər nazirləri səviyyəsində saxlayan Prezident Co Baydenlə soyuq münasibətlərini geridə qoymağa çalışacaq.
Siyasi şərhçi Kənan Novruzov "Sherg.az"a bildirib ki, Trampın əvvəlki hakimiyyəti dövründə ABŞ-Türkiyə münasibətləri indikindən nisbətən daha yaxşı idi:

"Donald Tramp və Rəcəb Tayyib Ərdoğan siyasətçi olaraq bir-birlərini yaxşı başa düşürlər. ABŞ-nin yeni seçilmiş Prezidenti öncələr də Türkiyə liderinin ünvanına bu cür xoş fikirlər səsləndirib. Trampın andiçməsindən sonra məhz liderlərin şəxsi münasibətlərinə görə dövlətlərarası əlaqələr qismən tənzimlənəcək. Həmçinin bu, bir sıra istiqamətlərdə özünü göstərəcək. Xüsusilə ABŞ-Türkiyə əməkdaşlığı sayəsində Şərqi Avropadakı müharibə bu il başa çata bilər. Bu prosesdə Ankara və Vaşinqtonun əhəmiyyətli rolu olacaq. Eyni zamanda Yaxın Şərqdəki vəziyyət sabitləşəcək və ABŞ Suriyadan çıxacaq. Həmçinin Cənubi Qafqazda da müəyyən addımlar atılacaq".
Şərhçi vurğulayıb ki, siyasət həm də ticarətdir, gərək nəsə verəsən ki, nəyisə ala biləsən:
"Bu mənada hər iki tərəfin maraqları təmin edilsə, Türkiyə və ABŞ bir-birini yaxşı anlayacaq. Tramp və Ərdoğan münasibətləri tənzimləyərsə, ABŞ-nin Cənubi Qafqazla bağlı destruktiv mövqeyi və siyasi məqsədləri azalar. Ümumiyyətlə səslənən bəyanatlar onu deməyə əsas verir ki, Tramp administrasiyasının dönəmində dünyada ciddi hadisələr baş verəcək. Bu da xeyli dərəcədə Türkiyə ilə ikitərəfli əlaqələrin sayəsində olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə