Trampdan Çin həmləsi: ABŞ nəhənglərinin CEO-ları Pekinə gedir

ABŞ Prezidenti Donald Tramp bu həftə Çinə edəcəyi səfərə ABŞ-nin ən böyük şirkətlərinin rəhbərlərini də dəvət edib.

Sherg.az xəbər verir ki, Ağ Ev mənbələrinin yaydığı məlumata görə, Tim Cook, Elon Mask, Larry Fink və Kelly Ortberg də bu həftə keçiriləcək Çin səfərinə qatılacaqlar.

Trampın Çin lideri ilə keçirəcəyi görüşlərdə iştirak edəcək nümayəndə heyətinə Blackstone rəsmilərinin də daxil olacağı gözlənilir.

Bildirilib ki, iştirakçıların tam siyahısı hələ açıqlanmayıb və səfərdə daha çox yüksəkvəzifəli rəhbərin yer alması mümkündür. Məlumata görə, bir çox top-menecer Trampın Pekinlə müxtəlif biznes müqavilələri və satınalma razılaşmaları imzalamağı planlaşdırdığı səfərə bu səbəbdən qatılır.

Zirvənin gündəmində ticarət, süni intellekt, ixrac nəzarəti, Tayvan məsələsi və İran müharibəsinin yer alacağı gözlənilir.

Citigroup rəhbəri Jane Fraser isə cümə günü CNBC-yə açıqlamasında bildirib:

“İki iqtisadi supergüc arasında qarşılıqlı əlaqənin olmasını çox vacib hesab edirəm. Hamımızın bu dialoqa ehtiyacı var.”