Trampın sözləri Netanyahunu “şoka saldı”

ABŞ prezidenti Donald Trampın İsrailin artıq Livanı bombalamayacağı ilə bağlı açıqlamasının İsrail baş naziri Benjamin Netanyahunu “şoka saldığı” iddia olunur.

Məlumata görə, Tramp İsrailə müraciətlə “artıq Livanı bombalamayacaq, ABŞ buna icazə vermir” ifadəsini işlədib. Bu açıqlama İsrail rəhbərliyi tərəfindən gözlənilməz qarşılanıb və məsələ ilə bağlı Ağ Evdən izahat tələb olunub.

Xəbərə əsasən, Netanyahu və komandası Trampın bu fikirlərini mediadan öyrənib və buna hazır olmayıb.

Ağ Ev nümayəndəsi isə bildirib ki, ABŞ-ın təşəbbüsü ilə əldə olunan atəşkəs razılaşması İsrailin Livana qarşı hücum əməliyyatları aparmamasını nəzərdə tutur. Bununla belə, İsrailin özünümüdafiə hüququ saxlanılır.

Qeyd edək ki, Tramp daha əvvəl İsrail və Livan arasında 10 günlük atəşkəs razılaşmasının əldə olunduğunu açıqlamışdı.