Türkiyə Bolqarıstana qaz tədarükünə başlayır
Yusif Nəzərli
15:50 12.04.2023
Dünya
585
Türkiyə çərşənbə günü Bolqarıstana mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü layihəsinə başlayıb.
Bu ölkəyə yola düşəcək tankerə yanacağın doldurulması mərasimi Mərmərə dənizindəki Mərmərə Ereğlisi limanının LNG terminalında baş tutub.
“Bugünkü partiya təxminən 55 milyon kubmetr LNG təşkil edəcək. İl ərzində ümumi tədarük 1,5 milyard kubmetri keçəcək”, - Türkiyənin dövlət boru kəməri şirkəti “BOTAŞ”ın rəhbəri Burhan Özcan mərasimdə deyib.
Onun sözlərinə görə, Bolqarıstana Türkiyədən qaz nəqlinin başlanması təkcə iki ölkə üçün deyil, həm də Avropa üçün vacibdir, çünki bu, onun enerji təhlükəsizliyini təmin etməyə kömək edəcək.
“Deyə bilərik ki, bu, prosesin ilk həlqəsidir”, - Türkiyə şirkətinin rəhbəri bildirib.
Qeyd edək ki, Türkiyədən Bolqarıstana 1,5 milyard kubmetr həcmində LNG tədarükü haqqında saziş 3 yanvar 2023-cü ildə imzalanıb. Onun etibarlılıq müddəti 13 ildir.
Hazırda Bolqarıstan öz tələbatının üçdə birinə qədərini Azərbaycandan gələn boru kəməri qazı hesabına ödəyir. O, tutumu 3 milyard kubmetr olan Yunanıstan-Bolqarıstan interkonnektoru ilə ölkəyə daxil olur.
Mənbə: Sözcü
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə